Modern.az

Bakıda maşın oğruları tutuldu

Bakıda maşın oğruları tutuldu

20 Yanvar 2018, 13:17

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edənBakı şəhər sakini Nadirxan Hüseynov Şüvəlan qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını  bildirib.


Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, dərhal başlanılan əməliyyat-axtarış tədbirləri ilə avtomobil qısa zamanda Qala qəsəbəsi ərazisində tapılıb.

Davam etdirilən tədbirlərlə maşını qaçıran şəxs də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini Azər Salayev olması müəyyən edilib.


Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə
Yeni Günəşli və Zığ qəsəbələrindən 2 avtomobilin qaçırılması barədə məlumatlar daxil olub.

Araşdırmalarla Yeni Günəşli ərazisindən Bakı şəhər sakini Toğrul Əhmədovun “VAZ-2104”, Zığ qəsəbəsindən isə Mürsəl Quliyevin          “VAZ-21074” markalı avtomobillərin qaçırılmaları müəyyən edilib.

Təxirəsalınmaz tədbirlərlə “VAZ-2104” markalı avtomobil qısa zamanda Naximov küçəsində tapılıb.

Əməliyyat-axtarış tədbirləri ilə maşınları qaçırmaqda şübhəli bilinən şəxs də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini Amin Ramazanov olması müəyyən edilib.

Saxlanılan şəxslər istintaqa təhvil veriliblər.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir