Modern.az

Bu gecə...  

Bu gecə...   

20 Yanvar 2018, 14:04

Abbas Əliyev

20 Yanvar şəhidlərinin əziz xatirəsinə

Eylədilər çoxlarını qanına qəltan bu gecə
Gecənin bağrı tamam olmuşdu al-qan bu gecə.

Nə qoca, nə uşağa, xəstəyə fərq qoymadılar
Çox yurd-yuvanı eylədilər yer ilə yeksan bu gecə.

Nə yaman zalım imiş onda “böyük qardaşımız”
Mockva cəlladına söylədi “əhsən” bu gecə.

Eşitcək Fərizənin eşqi viran oldu o gün
Özünü sevgisinə eylədi qurban bu gecə.

Larica, İlqara sən necə qıydın, ey cahil
Bakıda qopdu tufan, agladı hər yan bu gecə.

Ağladı qərənfillər, tər çiçəklər qan ağladı
Al rəngə bürünmüşdü bağı-gülüstan bu gecə.

Çox ərlər doğuldular, kəsilənməz haqq səsimiz
Hər biri xalqa sipər, igid, qəhrəman bu gecə.

Sən də sil göz yaşını, ağlama, anam, ağlama
Çün vardır arxa-dayaq Azərbaycan bu gecə.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?