Modern.az

Türkiyə Ordusundan Afrindəki terrorçulara zərbə  

Türkiyə Ordusundan Afrindəki terrorçulara zərbə   

20 Yanvar 2018, 15:16

Türkiyə Silahlı Qüvvələri terrorçuların Suriyanın Afrin bölgəsindəki sığınacaqlarını top atəşi ilə vurub.

Modern.azAnadolu agentliyinə istinadən xəbər verir ki, zərbələr yanvarın 19-20-də PYD/PKK-nın Afrindən Türkiyə istiqamətində açdığı təxribat xarakterli atəşlərə cavab olaraq endirilib.

Türkiyə ordusunun Baş qərargahından verilən məlumata görə, cavab atəşləri nəticəsində terror təşkilatının bir sıra obyektləri, o cümlədən sığınacaq və anbarları məhv edilib. Top atışları Türkiyənin özünümüdafiə hüququ əsasında həyata keçirilib.

.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir