Modern.az

Hamilə ana öldü, körpəsi tabutda doğuldu

Hamilə ana öldü, körpəsi tabutda doğuldu

20 Yanvar 2018, 15:26

Cənubi Afrikanın Cope Tovn şəhərində yaşayan 33 yaşlı Nomasonto Mdyol adlı hamilə qadın nəfəs almada çətinlik şikayəti ilə xəstəxanaya müraciət edib. Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, qadın xəstəxanaya çatdıqdan bir müddət sonra vəfat edib.
Qadının cənazəsi yas mərasimini təşkil edəcək şirkətə təhvil verilib.
Şirkət işçiləri yas mərasiminə hazırlıq gördükləri üçün tabutu açanda qadının ayaqları arasında bir uşağın cansız bədənini tapıblar. Həkimlər əzələ yumşalması və qadının vücunda yığılan bakteriyaların uşağın anasının qarnından çıxmasına səbəb olduğunu açıqlayıb.
 20 ildən çoxdur ki, bu sektorda çalışdığını bildirən şirkət rəhbəri belə bir halla ilk dəfədir ki rastlaşdığını qeyd edib.
Uşaq anası ilə bir yerdə dəfn olunub.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir