Modern.az

Türkiyə “Zeytun budağı” əməliyyatı ilə 108 hədəfi vurdu - Yenilənib

Türkiyə “Zeytun budağı” əməliyyatı ilə 108 hədəfi vurdu - Yenilənib

20 Yanvar 2018, 21:07

Türkiyə Silahlı Qüvvələri Afrində keçirilən əməliyyatda 113 hədəfin 108-i vurulduğunu açıqlayıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, xeyli sayda terrorçu zərərsizləşdirilib.

 

Məlumatda bildirilir ki, xəstəxanalara gətirilən bütün ölü və yaralılar terrorçu PKK-nin qolu PYD silahlılarıdır.

 

 

18:56

 

 

Türkiyə Hərbi HavaQüvvələrinə məxsus hərbi təyyarələr PYD-YPG qruplaşmasının Suriyanın Afrin bölgəsindəki mövqelərini bombalayıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hərbi təyyarələr qabaqcadan müəyyənləşdirilmiş mövqelərə zərbə endiriblər. Hələlik təyyarələrin Suriya hava məkanına keçib-keçmədiyi məlum deyil. Türkiyə ərazisindən də Suriya içərisindəki həmsərhəd ərazilərə zərbə endirmək mümkün olduğu bildirilir. Azad Suriya Ordusu bölmələrinin isə qurudan əməliyyata başladığı xəbər verilir.

 

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə,  Suriyanın Afrin bölgəsində əməliyyat başlayıb: “Türk Silahlı Qüvvələri tərəfindən sərhədlərimizdə və bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək məqsədilə Suriyanın şimal-qərbindəki Afrin bölgəsində PKK-PYD-YPG və İŞİD-ə mənsub terrorçuların zərərsizləşdirilməsi, eləcə də dost və qardaş bölgə xalqını bunların zülmündən qurtarmaq üçün "Zeytun budağı” əməliyyatı başlayıb”.

 

Əməliyyatdan qısa müddət öncə Türkiyə ordusunun Baş Qərargah rəisi Hulusi Akar Rusiya və ABŞ-dan olan həmkarları Valeri Gerasimov və Cozef Danford ilə telefon əlaqəsi saxlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır