Modern.az

Azərbaycanda manyak: Polis hər yerdə onu axtarır - Foto

Azərbaycanda manyak: Polis hər yerdə onu axtarır - Foto

20 Yanvar 2018, 22:14

Azərbaycanda manyak peyda olub. Modern.az xəbər verir ki, bu barədə Axar.az-a adının açıqlanmasını istəməyən Lənkəran sakini göndərdiyi məktubda yazıb.

Məlumata görə, manyak təxminən on gün olar ki, peyda olub.

 

“Adamlar qorxudan evdən çölə çıxa bilmir. Artıq neçə nəfər manyakın hücumuna məruz qalıb. O, evə daxil olaraq kəsici alətlə ev sahiblərinin başından və qol nahiyəsindən zərbələr endirir, müxtəlif işgəncələr verərək döyür. Hətta bu yaxınlarda hücumuna məruz qalan qadınlardan biri xəstəxanada dünyasını dəyişib.

 

Polis hər yerdə onu axtarır. İnternet vasitəsi ilə fotoları yayılıb. Kimliyi isə dəqiq bilinmir”, – məktubda bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır