Modern.az

Şizofren pasientin etirafları: “Şeytanı eşidirəm və görürəm”  

Şizofren pasientin etirafları: “Şeytanı eşidirəm və görürəm”   

20 Yanvar 2018, 22:31

Psixozun ən kəskin forması şizofren xəstəliyidir. Belə xəstələrin real həyatla bütün bağlantıları kəsilir.

Müxtəlif hallusinasiyalar görüb müxtəlif səslər eşidirlər. Ən dəhşətlisi isə bəziləri bunun bir xəstəlik olduğunun fərqində belə deyil. Məşhur Sosial Media Platformu Reddit-də “ErosPraim” istifadəçi adlı şizofren xəstəsi bir qadın xəstəliyi ilə bağlı verilən sualları cavablandırıb.

Modern.az həmin müsahibəni təqdim edir:

 

- Gördüyün insanları təsvir edə bilərsən? Ancaq eyni insanlarımı görürsən? Cinsiyyətlərləri nədi? Sənlə necə əlaqə yaradırlar?

- Səslər beynimin ən dərinlərindən gəlir. Sanki eyni vücudda yaşayan fərqli insanlar kimidilər. Elə bil öz vücudumu beynimin içində yaşayan kimsələrlə paylaşıram. Mənimlə birlikdə yaşayan 3 nəfər var. Bunlar “Boşluq”, “Kiçik” və “Şeytan”dır. Boşluq və Kiçik qadındır və sadəcə səslərini eşidirəm. Şeytanı isə həm eşidirəm, həm də görürəm. Mənimlə ən çox danışan Şeytandır. Çox zaman görməzdən gəlməyə çalışıram, amma özünü fərq etdirmək üçün qışqırır.

 

- Bu 3 nəfəri ilk dəfə nə zaman görməyə başladın?

- Onlarla ilk tanışlığım 2 yaşımda olub. Kiçiyin səsi kiçik bir qızın səsiydi, boşluğun səsi bir az daha böyük gənc qız səsiydi. Şeytanın qaranlıq və böyük görüntüsü var idi.

 

- Bu 3 nəfər bir anda yox olsa, nə hiss edərsən?

- Bunu mən tez-tez düşünürəm. Onları itirsəm darıxaram. Şeytanı belə. Çünki uşaqlığımdan bəri onlar həmişə mənimlə olublar. Bu arada şeytan mənə nifrət edir. Tək söylədiyi şey budur.

 

- Şeytandan və qızlardan soruş ki, tək bir dilək haqları olsaydı nə diləyərdilər?

- Şeytan cəhənnəmdə ölməyimi, kiçik özünə aid bir bədən, Boşluq isə lüks maşın və 1 milyon dollar istəyir.

 

-Bu insanlar səndən nəsə etməyini istəyirlər?

- Şeytan mənə özümü öldürməli olduğumu deyir.

 

-Kiçik, Şeytan və Boşluğa hallisunasiya olduqlarını söyləyəndə nə reaksiya verirlər?

- Kiçik reallıq ilə hallusinsiyaları ayıra bilməyəcək qədər saf və balacadır. Boşluq isə gərçək olmadığının fərqindədir. Şeytan gərçək olduğunu, uydurma olmadığını və mənim əcəlim olduğunu deyərək qışqırır.

 

- Şizofren olduğunu nə zaman anladın? O an nə hiss etdin?

- Mənim xaricimdə kimsənin xəyali dostlarının olmadığını öyrəndiyimdə xəstəliyimin fərqinə vardım. Məktəbə də, indi hər kəs məndən qaçır.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır