Modern.az

Üç ölkənin səfiri Türkiyə XİN-ə çağırıldı

Üç ölkənin səfiri Türkiyə XİN-ə çağırıldı

20 Yanvar 2018, 22:54

ABŞ, İran və Rusiyanın Türkiyədəki səfirləri Türkiyənin Xarici İşlər Nazirliyinə çağrılıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, səfirlər nazirliyə çağrılaraq onlara Afrin bölgəsindəki hadisələr haqqında məlumat verib.

 

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu isə bildirib ki, Türkiyə Afrindəki əməliyyatı, BMT-nin Nizamnaməsinə uyğun olaraq, beynəlxalq hüquq normaları və özünümüdafiə hüququ əsasında aparır: “Əməliyyat mülki şəxslərə və günahsız suriyalılara qarşı yönəlməyib. Əməliyyat yalnız İŞİD, YPG və PYD kimi terror təşkilatlarına qarşı aparılır”.

Qeyd edək ki, Türkiyə ordusu bu gün Bakı vaxtı ilə saat 18.00-da PYD-YPG qruplaşmasının Suriyanın Afrin bölgəsindəki mövqelərini bombalamağa başlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır