Modern.az

Deputatların “bazar günü”: “Bazar günü mənim üçün xüsusi əhəmiyyət daşımır”

Deputatların “bazar günü”: “Bazar günü mənim üçün xüsusi əhəmiyyət daşımır”

Aktual

21 Yanvar 2018, 12:50

Həftənin istirahət vaxtı bazar gününə təsadüf etdiyindən insanlar zamanını ailəyə, yaxınlarına sərf edir. Çünki bazar günü bir çox qurumlar işləmir. Bütün təhsil ocaqları bağlı olur. Deməli, bazar gününü hər kəs bir cür keçirir. Kimi evdə oturmağa, kimi də açıq səmada olmağa üstünlük verir.

Bəs Milli Məclisin çalışqan deputatları bazar gününü necə keçirir?

 

Modern.az saytı “Deputatların bazar günü” rubrikasını təqdim edir.

 

 

52 saylı Quba seçki dairəsindən seçilən deputat Vahid Əhmədov bazar günlərini daha çox nəvələrinə həsr edir.

“Bazar günü istirahət günü olsa da tam olaraq boş oturmuruq. Bazar günləri idmanla məşğul oluram. Həmişə olduğu kimi nəvələrimlə vaxt keçirirəm. Əslində, nəvələrlə keçirilən vaxt yorğunluğu çıxarmağa kömək edən ən yaxşı vasitədir. Ya onlarla gəzməyə çıxıram, ya da bağa gedirəm. Çalışıram ki, istirahət günlərində ailəmlə birgə olum. Hətta, mənim telefonum 24 saat açıq olduğundan respublikanın hər yerindən zənglər gəlir. Bazar günləri də istisna deyil. Mütaliəyə gəlincə, hazırda qanun layihəsi üzərində işləyirəm. Bir azdan gəzməyə nəvələrlə gəzməyə çıxacam. Digər kitabları oxumağa vaxt qalmır. Amma daha çox internet üzərindən beynəlxalq mətbuatı izləyirəm”.

 

 

110 saylı Zaqatala seçki dairəsindən seçilən deputat Elşən Musayev deyir ki, bazar günüdür deyə, yuxudan gec durmuram.

“Bazar günü mənim üçün sıradan bir gündür və xüsusi əhəmiyyət daşımır. Çünki həftə içi rejimim nədirsə, eyni qayda istirahət günü üçün də keçərlidir. Yəni, hər zaman olduğu kimi səhər saat 6-da dururam, öncə ev şəraitində səhər idmanımı edirəm, daha sonra yüngül yemək, ardınca 2 saatlıq gündəlik mütaliə, saytlara baxış və s. Günortaya qədər bircə fərq budur ki, uşaq dərsdə olmur və bərabər daha çox söhbətləşə bilirik. Günortadan sonra isə yenə eyni qayda: qızıma dərslərini eləməyə kömək edirəm və hər axşam olduğu kimi ata-bala bulvar gəzintisinə çıxıb gəzirik. Çox sevinirəm ki, övladım da mənim kimi ən böyük istirahəti mütaliədə görür, mənə gündəlik oyuncaqlar deyil, kitablar sifariş verir və hətta harasa Bakıdan kənara istirahətə getməyi təklif elədiyim zaman belə həmin istirahətə xərclənəcək pula daha çox kitab almağın mümkünlüyünü xatırladır, alternativ istirahətdən vaz keçir. İstirahət günü dostlarla da görüşmək maraqlıdır, amma hər zaman olduğu kimi vaxtımı adətən evə, ailəyə həsr edirəm. Bu da yəqin mənim təbiətimdən irəli gəlir”

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır