Modern.az

Şəkidəki yanğında azyaşlı xəsarət aldı

Şəkidəki yanğında azyaşlı xəsarət aldı

Aktual

21 Yanvar 2018, 22:11

Şəkidə fərdi yaşayış evində yanğın olub, bir yaşlı uşaq yanıq xəsarəti alıb. Modern.az  APA-ya istinadən xəbər verir ki, bu gün axşam saat 18:50 radələrində rayonun Şin kəndində, kənd sakini Əmrullah Ramazan oğlu Kazımova məxsus, ümumi sahəsi 180 kv/m olan birmərtəbəli 3 otaq və şüşəbənddən ibarət fərdi yaşayış evində yanğın baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

 

 FHN-nin Şəki rayon DYMH-dən verilən məlumata görə, yanğın nəticəsində 25 kv/m-lik bir otağın yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə və şüşəbəndin tavanı 24 kv/m-lik sahədə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı evdə olan 2017-ci il təvəllüdlü Özcan Samir oğlu Kazımov üz nahiyəsindən yüngül yanıq xəsarəti alıb.

 

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır