Modern.az

Sərnişinlər əlavə gediş haqqı ödəməyə məcbur edilir - Video

Sərnişinlər əlavə gediş haqqı ödəməyə məcbur edilir - Video

21 Yanvar 2018, 22:24

"Baku Bus" MMC"yə məxsus 175 saylı marşrut avtobusundan istifadə edən sərnişinlər həm yaxın, həm də uzaq məsafəyə getmək üçün 30 qəpik ödəmək məcburiyətində qalırlar.

Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, bir neçə gün əvvəl Səməd Vurğun parkından Sabunçu rayonu Hövsan qəsəbəsinin mərkəzinə hərəkət edən bu marşrut avtobusunda qiymətlər 20 qəpikdən 30 qəpiyə artırılmışdı. Avtobusda kart sistemi olduğuna görə sərnişinlər 30 qəpiyi birbaşa karta vurub, marşrut xəttindən istifadə edirlər.

 

Sərnişinlərin sözlərinə görə, belə olduqda 2 dayancaq məsafə getdikdə də 30 qəpik ödəməli olurlar.

 

Sərnişinlər bildiri ki, 75 saylı marşrut xətti ''Baku Bus"a verilməmişdən öncə ödəniş haqqı məsafədən asılı olaraq ödənilirdi.

 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, bu gün iş günü olmadığına görə sakinlərin narazılığı sabah araşdırılacaq.

 

Qeyd edək ki, Tarif Şurasının qərarına görə, şəhərətrafı və qəsəbələrarası gediş haqqı 1 km-dən 15 km-dək 20, 15 km-dən 25 km-dək 25, 25 km-dən 30 km-dək 30 qəpikdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi