Modern.az

BMT Təhlükəsizlik Şurası Suriyadakı vəziyyəti müzakirə edəcək

BMT Təhlükəsizlik Şurası Suriyadakı vəziyyəti müzakirə edəcək

Aktual

21 Yanvar 2018, 22:39

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası sabah Suriyada vəziyyətə dair məsləhətləşmələr keçirəcək. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-İv Lö Drian "Tvitter" sosial şəbəkəsində yazıb: “BMT Təhlükəsizlik Şurası sabah Suriyada vəziyyətə dair məsləhətləşmələr keçirəcək. Fransa humanitar çıxışın təmin edilməsində ehtiyac olduğunu vurğulayır".

 

Qeyd edək ki, Türkiyə yanvarın 20-dən Suriyanın Afrin şəhərində silahlı kürd birləşmələrinə qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar