Modern.az

Şəhriyar Məmmədyarov  3-cü pillədə

Şəhriyar Məmmədyarov  3-cü pillədə

Aktual

21 Yanvar 2018, 23:18

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" superturnirinin 8-cı turu yekunlaşıb. Modern.az xəbər verir ki, təmsilçimiz Şəhriyar Məmmədyarov Hollandiyalı Aniş Giri ilə görüşüb. Oyun 1:0 hesabı ilə hollandiyalının xeyrinə başa çatıb.

 

Şəhriyar Məmmədyarov 5,5 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 

Turnirin lideri Giridir, 2-ci yerdə Karlsen Maqnus qərarlaşıb.

 

Azərbaycan təmsilçisi yanvarın 23-dü 9-cu turda onu 5,0 xalla izləyən rusiyalı Vladimir Kramnikla görüşəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır