Modern.az

Avtomobil ağaca çırpıldı

Avtomobil ağaca çırpıldı

22 Yanvar 2018, 00:56

Tovuzda yol qəzası baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Cırdaxanlı kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mitsubishi Pajero” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan, 1993-cü il təvəllüdlü Ibrahimov Rahim Cavad oğlu xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir. Hadisə nəticəsində yüngül xəsarət alan daha bir nəfər ambulator yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir