Modern.az

Türkiyədəki əməliyyatın adı nədən Zeytun budağı”?

Türkiyədəki əməliyyatın adı nədən “Zeytun budağı”?

22 Yanvar 2018, 09:07

2018-ci ilin 20 yanvar tarixindən etibarən Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində hərbi əməliyyatalara başlayıb. Əməliyyatın adı "Zeytun budağı"dır. Həm müxtəlif siyasilər, həm də sosial mediada nədən əməliyyata barış simgəsi olan "Zeytun budağı" adının qoyulduğu müzakirə mövzusudur. Özəlliklə də bu terrora qarşı əməliyyatı savaş adlandırmağa çalışanlar etiraz edirlər. 

 

Qeyd edək ki, 24 avqust 2016- cı il tarixində Türkiyə cənubundakı terror təhdidinə qarşı böyük bir əməliyyat keçirmişdi.  Əsəd rejimi, İŞİD, PYD/PKK ittifaqının Türkiyəni hədəf halına gətirməsinə qarşı başladılan sərhəd sonrası əməliyyata "Fərat qalxanı" adı verilmişdi. Əməliyyat yalnız İŞİD terror təşkilatı ilə məhdudlaşmır və Fərat çayının qərb hissəsi tamamilə terrorçulardan və onların tərəfdarlarından təmizlənəcəkdi.

 

“Fərat qalxanı” əməliyyatının simvolik mənası vardı.  Yavuz Sultan Səlim 500 il əvvəl Misir səfəri zamanı  Cerablus yaxınlığında Mercidabik düzənliyində Memluk hökuməti ilə qarşı-qarşıya savaşda qələbə qazanıb.  Yavuz Sultan Səlimin bu zəfərindən sonra Suriya, Livan və Fələstin torpaqları Osmanlı mülkiyyətinə çevrilib. Buna görə də əməliyyatın adı "Fərat qalxanı" idi...

 

2018-ci ilin 20 yanvarında isə yeni bir hərəkat başladı. Hərəkatın adı Afrin, əməliyyatın adı isə "Zeytun budağı"...  Bunda iki önəmli məqam var. Birincisi Afrin bölgəsinin zeytun ağacları ilə məşhur olması,  ikincisi isə əfsanələrdə zeytun budağının barışı təmsil etməsidir. 

 

Nuhun gəmisinə daşqından sonra canlılığın bir əlaməti olaraq, zeytun ağacı ilə döndüyü deyilir. Buna görə zeytun sülhün simvolu kimi qəbul edilir.  Yəni Türkiyənin verdiyi mesaj konkretdir. Savaş yox, sülh istəyir. Sülhün olması üçün öncə terroru bitirməlidir. 

İnkişaf etməkdə olan dünyada subliminal mesajlar çox təsirlidir. Çünki mesajlar şüura işləyir və yaddaşlarda qalır. Bu əməliyyatda "Fərat qalxanı"na da mesaj göndərilir. 

 72 təyyarə ilə başladılan hava hərəkatı “Fərat qalxanı” əməliyatındakı 72  şəhidin xatirəsidir...

 
Məhsəti Şərif

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır