Modern.az

Polis əməliyyat keçirdi, 27 nəfər axtarışda olan tutuldu

Polis əməliyyat keçirdi, 27 nəfər axtarışda olan tutuldu

22 Yanvar 2018, 09:15

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 179 cinayət faktı qeydə alınıb, onların da 38-i “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə,  axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 13 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi