Modern.az

Türkiyə Suriyada terrorçuların 150-dən çox hədəfini məhv etdi

Türkiyə Suriyada terrorçuların 150-dən çox hədəfini məhv etdi

22 Yanvar 2018, 09:47

Türkiyə Afrində PYD və YPG əleyhinə keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı terrorçuların 153 obyektini məhv edib.

 

Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.  

Məlumata görə, əməliyyatlar davam etdirilir.

 

Xatırladaq ki, daha öncə Türkiyənin baş naziri Binəli Yıldırım bildirmişdi ki, Suriyanın Afrin şəhərində təxminən 8-10 min PYD və YPG terrorçusu var.

 

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Afrində "Zeytun budağı" əməliyyatlarına başlayıb. Əməliyyata Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri aviazərbələr üçün cəlb edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi