Modern.az

Ərdoğanın oğlu Afrin əməliyyatında

Ərdoğanın oğlu Afrin əməliyyatında

22 Yanvar 2018, 11:20

Türkiyənin Afrin əməliyyatında Rəcəb Tayyib Ərdoğanın oğlu da iştirak edib.

 

Publika.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Afrin əməliyyatının gedişatını izləmək məqsədilə pilotsuz uçan aparatların izləmə mərkəzinə gəlib.

 

Afrin əməliyyatında istifadə olunan pilotsuz uçan qurğuları istehsal edən şirkət isə prezidentin kürəkəni Səlcuq Bayraqdara məxsusdur.

 

İnformasiyanı özünün Tvitter hesabından paylaşan Səlcuq Bayraqdar qurğulara nəzarət mərkəzindən paylaşdığı fotoda Bilal Ərdoğanın olması diqqət çəkib:

 

"Yeni istehsal etdiyimiz ən son texnologiyalara cavab verən avadanlıqlarımız ilk dəfə "Zeytun budağı" əməliyyatında istifadə olunur. Texniki işçilərimizlə Türkiyənin Hərbi Hava Qüvvələrinə dəstək olmaq üçün burdayıq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...