Modern.az

Bakıda avtomobil oğurlayan dəstənin daha iki üzvü tutuldu

Bakıda avtomobil oğurlayan dəstənin daha iki üzvü tutuldu

Aktual

22 Yanvar 2018, 12:11

Bakıda avtomobil qaçıran dəstənin daha iki üzvü müəyyən edilib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşları tərəfindən nəqliyyat vasitəsi qaçırdığına görə tutulan Azər Salayevlə bağlı aparılan əməliyyat tədbirləri ilə onun digər cinayətlərinin də üstü açılıb.

 

Belə ki, onun 2016-cı ilin oktyabrın 12-də və 24-də daha iki “VAZ-2104” markalı avtomobilləri qaçırması və həmin qanunsuz əməli 2 nəfərlə birgə törətməsi də müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə Bakı şəhər sakinləri Nicat Ağabəyov və Elşən Babayev müəyyən edilərək saxlanılıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...