Modern.az

Səhiyyə ilə bağlı mühüm qanun layihələri müzakirəyə çıxarılır – SİYAHI

Səhiyyə ilə bağlı mühüm qanun layihələri müzakirəyə çıxarılır – SİYAHI

Aktual

22 Yanvar 2018, 12:18

Milli Məclisinin Səhiyyə komitəsinin bu ilin yaz sessiyası üçün qanunverici işlər planı açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov məlumat verib.

 

O bildirib ki, buraya əsasən, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim etydiyi qanun layihələri daxildir.

 

Bundan başqa, komitədə hazırlanan qanun layihələri-“Psixoloji yardım haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri müzakirəyə çıxarılacaq.

 

“İnsan orqan və (və ya) toxumalarının transplanmtasiyası haqqında” qanun layihəsinə dəyişikliklərlə, “Unun icbari zənginləşdirilməsi haqqında”, “Optika və optikaçılıq haqqında” və “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanun layihələri ilə bağlı, o cümlədən autizm xəstələrinə tibbi-sosial dəstəyin göstərilməsi ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulur. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...