Modern.az

Azərbaycanda yeni telekanal açılır

Azərbaycanda yeni telekanal açılır

22 Yanvar 2018, 12:55

Azərbaycanda yeni telekanal açılır. Modern.az-ın məlumatına görə, “Farrukh Media” daxilində fəaliyyətə başlayacaq kanalın proqramlar departamentinin rəhbəri Famil Məcidlidir.

Bildirilib ki, teleşirkət ilkin dövrdə onlayn yayım həyata keçirəcək. Qarşıdakı  həftədən test yayımı gerçəkləşdiriləcək. Perspektivdə yayım əhatəsinin genişləndirilməsi də nəzərdə tutulur. Kanal öz “həyatın bütün rəngləriylə” sloqanına sadiq qalaraq, elmi-kütləvi, maarifləndirici, eləcə də əyləncəli verilişlər yayımlamağı planlaşdırır. 

“FTV” eyni zamanda informasiya buraxılışlarıyla da diqqət çəkməyə çalışacaq. Bunun üçün telekanalda gərgin hazırlıq prosesi gedir.

Qeyd edək ki, telekanalın saytı artıq fəaliyyətdədir: www.ftv.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır