Modern.az

İlhamə Quliyevanın adına şərabı kim hazırlatdırıb: biri “özü” deyir, qohumunun isə bundan xəbəri yoxdur

İlhamə Quliyevanın adına şərabı kim hazırlatdırıb: biri “özü” deyir, qohumunun isə bundan xəbəri yoxdur

22 Yanvar 2018, 17:24

Almaniyada mərhum xalq artisti İlhamə Quliyevanın şərəfinə şərab hazırlanıb. Bu barədə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse- prezidenti Hacı Quliyev məlumat verib.

 

Bildirilir ki, həmin şərab Almaniyada məhdud sayda buraxılıb və şərab vaxtı ilə İ. Quliyevanın imzası ilə Bakının məşhur restoranlarından birinə hədiyyə olunub.

Maraqlıdır, təşəbbüsü kim irəli sürüb?

H.Quliyev bildirib ki, sözügedən şərablar İ.Quliyevanın sağlığında özü tərəfindən sifariş edilib.

 

“Mərhum Xalq artisti İlhamə Quliyeva Almaniyanın şərab istehsal edən firmalarından birinə belə bir sifariş vermişdi. Bu şərablar xüsusi olaraq onun şərəfinə hazırlanıb. Məhdud sayda istehsal edilən şərablar xüsusi kolleksiya təşkil edirdi. İlhamə xanım bu şərabları xüsusilə dəyər verdiyi insanlara hədiyyə edirdi. Onlardan birini də şəxsi öz imzası ilə mənə hədiyyə etmişdi”.

 

Bununla bağlı Modern.az saytı  mərhum xalq artisti İlhamə Quliyevanın qohumu, müğənni Əli Mirəliyevlə əlaqə saxlayıb. O saytımıza açıqlamasında bildirib ki, şərabla bağlı heç bir məlumatı yoxdur:

 

“Yazığın heç ailəsi olub ki, təşəbbüs də irəli sürsün. Rəhmətliyin özünün də belə bir sifariş verdiyini xatırlamıram. İlhamə Quliyevanın  tək qohum-əqrabası mənəm, qızımdı. Bizim də bununla bağlı heç bir xəbərimiz yoxdur. Yəni kim bu cür təşəbbüs edib bilmirəm. Hər halda yaxınlarında kimsə bunu etsəydi, biz bilərdik.

 

Bəlkə ola bilər ki, başqa kimsə bu təşəbbüsü irəli sürüb. Axı İlhamə Quliyeva  cəmiyyətlə daim ünsiyyətdə olan, işləyən biri idi. Amma dediyim kimi bu haqda heç eşitməmişik

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır