20 fevral 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Çevik Polis Alayında MÜŞAVİRƏ - Nazir ayıq-sayıq olmağa ÇAĞIRDI  
Çevik Polis Alayında MÜŞAVİRƏ - Nazir ayıq-sayıq olmağa ÇAĞIRDI   +
22.01.2018, 17:39

Yanvarın 22-də Əlahiddə Çevik Polis Alayında 2017-cı il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Modern.az-ın məlumatına görə, müşavirədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirin gündəliyini elan edib. Gündəlik və reqlament təsdiq edildikdən sonra Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Zaur Abdullayev hesabat dövründə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.

Alay komandiri qeyd edib ki, ölkənin müxtəlif yerlərində keçirilmiş 40 kütləvi, o сümlədən respublika və beynəlxalq əhəmiyyətli tədbirə сəlb olunan şəxsi heyət üzərinə düşən vəzifələrinin öhdəsindən layiqinсə gəlib. Patrul bölüklərinin xidmət apardığı ərazilərdə kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb, сinayətlərin və digər hüquqpozmaların aşkarlanması və qarşısının alınması üçün paytaxtın polis orqanları ilə birgə zəruri tədbirlər görülüb. Nəticədə post və marşrutlarda 30.667 şəxs, o cümlədən müxtəlif cinayətlər törətmiş 821, inzibati xətalara yol vermiş 29.846 nəfər saxlanılaraq barələrində qanunauyğun tədbirlərin görülməsi təmin edilib. Hüquqazidd əməllərə görə saxlanılanlardan 300-ü xuliqanlıq, 257-si oğurluq, 21-i soyğunçuluq, 49-u dələduzluq, 90-ı narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olan, 80-i axtarılan, 24-ü isə digər cinayətlər törədən şəxslər olub.

Bununla bərabər, xırda xuliqanlığa görə 1166, avaralıq və dilənçiliyə görə 2899, məişət səs-küyünə yol verən 1.586 nəfər müəyyən edilərək aidiyyəti polis orqanlarına təhvil verilib. Əvvəlki dövrə nisbətdə aşkarlanan сinayətlərin və inzibati xətaların sayı 7,7 faiz çox olub.


Məruzə ətrafında çıxış edən patrul bölüklərinin komandirləri görülən işlərin nəticələrindən, xidməti fəaliyyətdə yol verilən nöqsan və çatışmazlıqlardan, onların qısa müddətdə aradan qaldırılması istiqamətində  həyata keçiriləcək tədbirlərdən danışıblar.


Müşavirəyə yekun vuran daxili işlər naziri şəxsi heyətin ötənilki fəaliyyətinın yekunlarını yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.

Kütləvi tədbirlər zamanı təhlükəsizliyin təmin edilməsində Alayın böyük təcrübəsi olduğunu deyən nazir aprel ayında Bakı şəhərində “2018 Formula-1 Azərbaycan Qran Pri”si kimi beynəlxalq əhəmiyyətli idman yarışının, habelə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd ediləcəyi ilə əlaqədar kütləvi tədbirlərin  keçiriləcəyini, bununla bağlı qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə, bütün təşkilati işlərin vaxtında icra edilməsinin, qüvvə və vasitələrin tədbirlər ərəfəsində tam hazırlıq vəziyyətinə gətirilməsinin, həmçinin post-patrul naryadlarının daim ayıq-sayıq olmasının, cinayət və hadisələrin dinamikasının mütəmadi izlənilməsinin, peşəkarlığın artırılması məqsədilə müvafiq təlim-məşqlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Bildirilib ki, polisin qanunla müəyyən edilmiş vəzifələrindən biri də həyatı və sağlamlığı təhlükədə olan şəxsə kömək göstərməkdir. Bu məsələdə müsbət nümunələrin çox olduğuna, insanlara həssas münasibətin və qayğının həmişə minnətdarlıqla qarşılandığına, bunun polisin nüfuzunu daha da yüksəltdiyinə diqqəti çəkən cənab Ramil Usubov vətəndaşlarla ünsiyyətdə etik normalara, qanunçuluğa, insan hüquq və azadlıqlarına ciddi riayət edilməsinin, şəxsi heyətin döyüş hazırlığının artırılmasının, sosial-məişət problemlərinin, əməkdaşların qarşılaşdıqları çətinliklərin həllinə önəm verilməsinin əhəmiyyətindən danışıb.

Xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün ölkə rəhbərliyi tərəfindən hər cür şəraitin yaradıldığını, şəxsi heyətin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu nəzərə çatdıran daxili işlər naziri Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevi əmin edib ki, Əlahiddə Çevik Polis Alayı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması üzrə vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaq.

Müşavirənin sonunda ötən il xidməti vəzifələrin icrasında fərqlənmiş bir qrup əməkdaşın təltif olunması barədə daxili işlər nazirinin müvafiq əmrləri elan olunub və general-polkovnik Ramil Usubov mükafatları sahiblərinə təqdim edib.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanla Səudiyyə Ərəbistanı razılıq əldə etdi
20.02.2018, 18:51

Azərbaycanla Səudiyyə Ərəbistanı razılıq əldə etdi

Milli Qəhrəmanlara verilən təqaüdlər artırıldı
20.02.2018, 18:45

Milli Qəhrəmanlara verilən təqaüdlər artırıldı

Böyük Vətən Müharibəsi iştirakçılarının təqaüdləri artırıldı
20.02.2018, 18:42

Böyük Vətən Müharibəsi iştirakçılarının təqaüdləri artırıldı

“Azərsu”ya 15 milyon manat ayrıldı
20.02.2018, 18:36

“Azərsu”ya 15 milyon manat ayrıldı

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü: 30 ilin təhlili xronikası
20.02.2018, 18:28

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü: 30 ilin təhlili xronikası

Əfv Komissiyasının iclasında 100-ə yaxın müraciətə baxılıb
20.02.2018, 18:12

Əfv Komissiyasının iclasında 100-ə yaxın müraciətə baxılıb

FHN: “Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü”
20.02.2018, 18:07

FHN: “Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü”

Tehranda polislə dərvişlərin toqquşması - 6 ölü
20.02.2018, 17:49

Tehranda polislə dərvişlərin toqquşması - 6 ölü

XİN-dən Sarkisyana sərt CAVAB
20.02.2018, 17:45

XİN-dən Sarkisyana sərt CAVAB

Ziya Məmmədov: “Mənim heç nəyim yanmayıb”
20.02.2018, 17:44

Ziya Məmmədov: “Mənim heç nəyim yanmayıb”

Putin Afrinə görə Təhlükəsizlik Şurasının iclasını çağırdı
20.02.2018, 17:43

Putin Afrinə görə Təhlükəsizlik Şurasının iclasını çağırdı

İsmayıl Ömərov: “Səhərdən telefonum susmur”
20.02.2018, 17:40

İsmayıl Ömərov: “Səhərdən telefonum susmur”

“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək
20.02.2018, 17:39

“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək

Bakıda 21 miqrant saxlanıldı
20.02.2018, 17:22

Bakıda 21 miqrant saxlanıldı

Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edilib - SİYAHI
20.02.2018, 17:19

Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edilib - SİYAHI

Manatın sabahkı MƏZƏNNƏSİ
20.02.2018, 17:11

Manatın sabahkı MƏZƏNNƏSİ

Avropa İttifaqının nümayəndəsi məcburi köçkünlərlə görüşdü
20.02.2018, 16:59

Avropa İttifaqının nümayəndəsi məcburi köçkünlərlə görüşdü

Bakı-Sumqayıt qatarının hərəkət cədvəlində DƏYİŞİKLİK
20.02.2018, 16:56

Bakı-Sumqayıt qatarının hərəkət cədvəlində DƏYİŞİKLİK

Ceyhun Hacıbəylinin nəvəsindən iki MƏKTUB
20.02.2018, 16:52

Ceyhun Hacıbəylinin nəvəsindən iki MƏKTUB

Elşən Musayev: “Övladına desin ki, a bala, zalda erməni görən kimi qabağına qaçma”
20.02.2018, 16:35

Elşən Musayev: “Övladına desin ki, a bala, zalda erməni görən kimi qabağına qaçma”

Avtobus aşdı,10 nəfər öldü
20.02.2018, 16:35

Avtobus aşdı,10 nəfər öldü

Sürüşmə zonasının sakinlərinə kirayəpulu verməyə başladılar   
20.02.2018, 16:29

Sürüşmə zonasının sakinlərinə kirayəpulu verməyə başladılar  

Kobra qanı içən xüsusi təyinatlılar - FOTOLAR
20.02.2018, 16:27

Kobra qanı içən xüsusi təyinatlılar - FOTOLAR

ABŞ-dan Kiyevə dəstək: “Rusiyaya qarşı yanınızdayıq”
20.02.2018, 16:24

ABŞ-dan Kiyevə dəstək: “Rusiyaya qarşı yanınızdayıq

Siyasi partiya Azərbaycan hökumətinə hər bir vətəndaşa 100 dollar bağışlamağı TƏKLİF ETDİ
20.02.2018, 16:16

Siyasi partiya Azərbaycan hökumətinə hər bir vətəndaşa 100 dollar bağışlamağı TƏKLİF ETDİ

Bu ölkə öz vətəndaşlarına 300 dollar verəcək
20.02.2018, 15:58

Bu ölkə öz vətəndaşlarına 300 dollar verəcək

Arif Əsgərovun oğlu məhkəməyə çağırılıb
20.02.2018, 15:57

Arif Əsgərovun oğlu məhkəməyə çağırılıb

Elmar Məmmədyarov səlahiyyət müddəti başa çatan Misir səfirini qəbul edib
20.02.2018, 15:54

Elmar Məmmədyarov səlahiyyət müddəti başa çatan Misir səfirini qəbul edib

“Azərbaycan Demokratik Respublikasının dil siyasəti” müzakirə olunub
20.02.2018, 15:50

“Azərbaycan Demokratik Respublikasının dil siyasəti” müzakirə olunub

Məhv edilmiş 8 ailə: “Qardaşımı öldürəndən sonra, qızıl dişlərini çıxarmışdılar” - Xocalı DƏHŞƏTİ   
20.02.2018, 15:29

Məhv edilmiş 8 ailə: “Qardaşımı öldürəndən sonra, qızıl dişlərini çıxarmışdılar” - Xocalı DƏHŞƏTİ  

“Gita” Yeni Zelandiyada həyatı iflic etdi
20.02.2018, 15:29

“Gita” Yeni Zelandiyada həyatı iflic etdi

Macarıstanlı jurnalist Qarabağa qanunsuz səfər edib
20.02.2018, 15:16

Macarıstanlı jurnalist Qarabağa qanunsuz səfər edib

Ziyafət Əsgərov MDB müşahidəçilər missiyasının rəhbəri ilə görüşdü   
20.02.2018, 15:05

Ziyafət Əsgərov MDB müşahidəçilər missiyasının rəhbəri ilə görüşdü  

Nazirlik Prezidentin təşəbbüsünə münasibət bildirdi - Borclar niyə silinir...   
20.02.2018, 15:03

Nazirlik Prezidentin təşəbbüsünə münasibət bildirdi - Borclar niyə silinir...  

Nazirliklərdə İSTİSMAR - Mikayıl Cabbarov Fazil Məmmədovun “ənənəsinə” son qoydu  
20.02.2018, 14:54

Nazirliklərdə İSTİSMAR - Mikayıl Cabbarov Fazil Məmmədovun “ənənəsinə” son qoydu  

ARXİV