Modern.az

Gürcüstanda Qış Olimpiya Oyunları keçirilə bilər

Gürcüstanda Qış Olimpiya Oyunları keçirilə bilər

22 Yanvar 2018, 18:36

Gürcüstan Qış Olimpiya Oyunlarını keçirməkdə maraqlıdır.

 

Modern.az-ın məlumatına görə, hazırda İsveçrədə səfərdə olan Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxı ölkəsinin Qış Olimpiadasını təşkil etmək baxımından potensialı ilə bağlı məlumatlandıracaq.

Hələ 2016-2017-ci illərdə G.Kvirikaşvili bir neçə dəfə bəyan etmişdi ki, dağ-xizək mərkəzi və kurortu Bakurianinin təqribən 10 ildən sonra Qış Olimpiya Oyunlarının keçirilməsinə namizədliyi irəli sürülə bilər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?