Modern.az

Yaqland Azərbaycanda görülən tədbirləri müsbət qiymətləndirdi

Yaqland Azərbaycanda görülən tədbirləri müsbət qiymətləndirdi

Aktual

22 Yanvar 2018, 19:51

Avropa Şurasının (AŞ) baş katibi Torbyörn Yaqland cəzaların humanistləşdirilməsi ilə bağlı Azərbaycanda görülən tədbirləri müsbət qiymətləndirib. Modern.az  xəbər verir ki, bu barədə T.Yaqland AŞ Parlament Assambleyasının qış sessiyasında çıxışı zamanı deyib.

Baş katib qeyd edib: "Azərbaycanda həbscəzası ilə bağlı cinayət hüququna dair tədbirlər hazırlanıb. Bu, müsbət addımdır".

Qeyd edək ki, ötən il fevralın 10-da Azərbaycan prezidenti İlham Əliyev “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalayıb. Artıq bir müddətdir ki, sərəncamın icrasına başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...