Modern.az

Cahangir Hacıyevin vəkillərinin cəzalandırılma səbəbi - Yenilənib

Cahangir Hacıyevin vəkillərinin cəzalandırılma səbəbi - Yenilənib

Aktual

22 Yanvar 2018, 21:44

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin idarə heyətinin həbsdə olan sədri Cahangir Hacıyevin vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Layıc cəzalandırılıb. Modern.az xəbər verir ki, vəkil Fəxrəddin Mehdiyevin APA-ya verdiyi məlumata görə, Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə onun fəaliyyəti bir illik dayandırılıb, vəkil Aqil Layıca isə töhmət verilib.

 

F. Mehdiyev bildirib ki, onlar C. Hacıyevlə bağlı mətbuatda bir sıra məlumatlar yayıblar, müsahibələr veriblər. Bundan sonra baş prokurorun müavini Rüstəm Usubov kollegiyaya şikayət məktubu göndərib. F. Mehdiyev bildirib ki, kollegiya onların intizam xətasına yol vermələri qənaətinə gəlib:"Lakin mən hesab edirəm ki, qərar əsassızdır. Biz müvəkkilimizə hüquqi yardım göstərmişik" .

 

Qeyd edək ki, C. Hacıyev məhkəmə hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

 

20:03

 

Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyəti dayandırılıb. Modern.az xəbər verir ki, bu barədə "Report"a Fəxrəddin Mehdiyevin özü məlumat verib.

 

Onun sözlərinə görə, Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyəti yanvarın 22-də bu barədə qərar çıxarıb: "Qərara əsasən, vəkillik fəaliyyətim bir il müddətinə dayandırılıb".

 

Qeyd edək ki, Fəxrəddin Mehdiyev "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin idarə heyətinin həbsdə olan sədri Cahangir Hacıyevin vəkili olub.  Məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilən Cahangir Hacıyevi Fəxrəddin Mehdiyevlə yanaşı, Aqil Layıc da müdafiə edib.

 

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə vəkil Aqil Layıca da töhmət verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...