Modern.az

“LUKOİL” şirkətinin Azərbaycandakı fəaliyyəti müzakirə olundu  

“LUKOİL” şirkətinin Azərbaycandakı fəaliyyəti müzakirə olundu   

Aktual

22 Yanvar 2018, 21:32

Prezident İlham Əliyev bu gün Davosda Rusiyanın “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərovla görüşüb. Modern.az xəbər verir ki, görüşdə “LUKOİL” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti müzakirə olunub.

 

Bu şirkətin 20 ildən çoxdur ki, ölkəmizə sərmayələr qoyduğu qeyd edilib. “LUKOİL”-SOCAR əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib və gələcək əməkdaşlığın istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?