Modern.az

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Aktual

22 Yanvar 2018, 23:26

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 69,97 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 0,88 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 69,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,85 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 66,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 68,56 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,97 dollar/barel azdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...