Modern.az

Sumqayıtda intihara cəhdin qarşısı alınıb

Sumqayıtda intihara cəhdin qarşısı alınıb

Aktual

22 Yanvar 2018, 23:43

Sumqayıtda intihara cəhdin qarşısı alınıb. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər kişi onaltımərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində liftin şaxtasının eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

 

Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Araşdırma zamanı bəlli olub ki, yaşayış binasının 16-cı mərtəbəsindən özünü atmaq istəyən 33 yaşlı Vəliyev Natiq Nadir oğludur.

 

İnsidentin iş yerində baş verən hadisə ilə əlaqədar olduğu bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi