Modern.az

Prezident “Royal Phillips”in baş icraçı direktoru ilə müzakirə apardı

Prezident “Royal Phillips”in baş icraçı direktoru ilə müzakirə apardı

Aktual

22 Yanvar 2018, 23:57

Prezident İlham Əliyev Davosda “Royal Phillips” şirkətinin baş icraçı direktoru Frans van Houten ilə görüşüb. Modern.az xəbər verir ki, Frans van Houten Azərbaycandakı fəaliyyətləri barədə danışaraq ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. O, işıqlandırma sistemləri və tibb avadanlıqlarının istehsalı üzrə Azərbaycanda bir sıra layihələr həyata keçirdiklərini məmnunluqla vurğulayıb.

 

Prezident İlham Əliyev Azərbaycan ilə "Royal Phillips" şirkəti arasında əməkdaşlığın razılıq doğurduğunu qeyd edib. Söhbət zamanı küçə işıqlandırılması ilə bağlı enerjiyə qənaət üzrə yeni texnologiyaların tətbiqinə dair əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub