Modern.az

Bakıda 58 yaşlı kişi evində bıçaqlandı

Bakıda 58 yaşlı kişi evində bıçaqlandı

Aktual

23 Yanvar 2018, 00:50

Bakıda yaşlı kişi evdə naməlum şəraitdə bıçaqlanıb. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Qardaşlar küşəsində yerləşən fərdi yaşayış evində baş verib.

1960-ci il təvəllüdlü Əzimov Əli Rəfael oğluna evdə naməlum şəraitdə iki bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinə məlumat verilib.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır