Modern.az

Gürcüstandan Azərbaycana ban nömrəsi saxtalaşdırılan maşın gətirilib - FOTO

Gürcüstandan Azərbaycana ban nömrəsi saxtalaşdırılan maşın gətirilib - FOTO

Aktual

23 Yanvar 2018, 09:45

Avtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan  əməliyyat məlumatı əsasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi, 2016-cı ildə istehsal olunan “Land Rover Range Rover” markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.

   
Dövlət Gömrük Komitəsindən Modern.az-a bildirilib ki, yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib.

    
 Faktla bağlı araşdırma aparılır.

  

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı