Modern.az

Azərbaycanda internetdən istifadə və dünyada III YER

Azərbaycanda internetdən istifadə və dünyada III YER

23 Yanvar 2018, 11:09

Əhalinin 80 faizdən çoxu internetdən istifadə edir
 

Azərbaycan Dünya İqtisadi Forumunun illik “İnklüziv inkişaf indeksi - 2018” hesabatında inkişaf etməkdə olan ölkələr arasında üçüncü yeri tutub.

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib ki, hazırda dünyada iqtisadi inkişafın və sosial bərabərsizliyin aradan qaldırılmasının əsas göstəricisi məhz inkluziv inkişaf indeksidir:

“Milli gəlirlərin bölüşdürülməsindəki inkluzivlik bütovlükdə ölkənin dayanıqlı iqtisadi inkişafına və sosial təsisatların güclənməsinə səbəb olur. 2016-cı ildə qəbul edilmiş Strateji Yol Xəritələrində də əsas hədəflərdən biri kimi Azərbaycanda inkluziv inkişafa nail olunması göstərilir. 2018-ci ilin dövlət büdcəsi xərclərinin 33 faizinin sosial xərclərə sərf edilməsi büdcə xərclərnin inkluzivliyinin artrılmasına hesablanıb. Eyni zamanda, ölkədə internet infrastrukturunun inkişafı, əhalinin 80 faizdən çoxunun internetdən istifadə etməsi, ASAN Xidmət mərkəzlərinin sayının artırılması, mobil ASAN Xidmətin fəaliyyətinin intensivləşməsi, Kiçik və Orta Sahibkarlar üçün çoxsaylı proqramların qəbul edilməsi, 2000-dən çox ailə təsərrüfatlarının yaradılması kimi tədbirlər də Azərbaycanda inkluziv inkişafı gücləndirib”.

Deputatın sözlərinə görə, bütün bunların nəticəsi kimi Dünya İqtisadi Forumununun İnkluziv İnkişaf İndeksində Azərbaycanın inkişaf etməkdə olan ölkələr arasında 3 -cü yer tutması böyük uğurdur.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi