Modern.az

Bəstəkarlar Cümhuriyyətin 100 illiyinə mahnı bəstələyəcəklər?

Bəstəkarlar Cümhuriyyətin 100 illiyinə mahnı bəstələyəcəklər?

Aktual

23 Yanvar 2018, 12:19

2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib.

Il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bəs Azərbaycan bəstəkarları Cümhuriyyətin 100 illiyi ilə bağlı mahnı bəstələməyi düşünürmü?

Məsələ ilə bağlı xalq artisti, tanınmış bəstəkar Eldar Mansurov Modern.az-a açqılamasında hər şeyin ona təqdim edilən şeirdən asılı olduğunu bildirib:

“Mənə yaxşı şeir təqdim etsələr, mütləq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar mahnı bəstələyəcəm”.

Əməkdar incəsənət xadimi, bəstəkar Faiq Sücəddinov deyib ki,  AXC-nin 100 illiyi münasibətilə ayrıca mahnı bəstələməyəcək:

“Cümhuriyyətin 100 illiyi ilə bağlı böyük bir layihə var. Hər şey mahnı demək deyil. Ola bilər instrumental bir əsər və ya simfoniya, ola bilər poema olsun. Layihənin nə olduğunu hələ açıqlamayacam”

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır