Modern.az

BP prezidenti neftin qiymətinə PROQNOZ VERDİ

BP prezidenti neftin qiymətinə PROQNOZ VERDİ

23 Yanvar 2018, 13:32

Böyük Britaniyanın BP şirkətinin prezidenti Bob Dadli dünya bazarlarından neft qiymətinin şişirdildiyini hesab edir. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, o, bu barədə Davos İqtisadi Forumunda çıxışı zamanı deyib.

“Bu gün 69 dollara çatan neft qiymətlərini şişirdilmiş hesab edirik. Və il ərzində qiymətlərin bu yüksək həddə qalacağını düşünmürük. 2018-ci ildə orta neft qiymətlərinin 1 barel üçün 55-60 dollar arasında dəyişəcəyini proqnozlaşdırırıq”.

Bundan öncə, Beynəlxalq Valyuta Fonu da neft qiymətlərinin 2018-ci ildə 59.9 dollar olacağını təxmin etmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir