Modern.az

Sumqayıtda 20 top mərmisi tapıldı

Sumqayıtda 20 top mərmisi tapıldı

Aktual

23 Yanvar 2018, 14:18

Sumqayıt şəhərində 20 ədəd 125 mm-lik top mərmisi tapılıb.

 

Bu barədə Modern.az-a Azərbaycan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

 

Məlumatda qeyd olunur ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri tərəfindən beton zavodunun ərazisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 20 ədəd 125 mm-lik top mərmisi (BK-14M) aşkar olunub, havanın qaranlıq olması ilə əlaqədar olaraq əməliyyat 23 yanvar 2018-ci il tarixində davam etdirilib, nəticədə aşkar olunmuş mərmilər götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Aşkar olunmuş top mərmilərinin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Bu əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib.

 

Ümumilikdə, Agentlik tərəfindən 1 yanvar-23 yanvar 2018-ci il tarixlərində Ağdam, Ağstafa, Tərtər, Qazax, Naftalan, Lənkəran rayonları və Sumqayıt şəhəri ərazisində 4 ev və həyətyanı sahəyə, 1 əkin sahəsinə, 1 otlaq sahəsinə, su kanalına, beton zavod və bazar ərazisinə baxış keçirilib, 30 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilmiş, 8 540 kv.m ərazi yoxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər