Modern.az

“Yəqin ki, o, diqqət çəkmək istəyib” - Məşhur cərraha görə, özünü əməliyyat edən həkim olayı şişirdib

“Yəqin ki, o, diqqət çəkmək istəyib” - Məşhur cərraha görə, “özünü əməliyyat edən” həkim olayı şişirdib

Aktual

23 Yanvar 2018, 14:44

Ötən gün bariatrik-estetik cərrah Mübariz Məmmədlinin sosial şəbəkədə paylaşdığı video müzakirələrə səbəb olub. Həkim İnstaqram səhifəsində özünü əməliyyat edən zaman çəkilən görüntülərini yayımlayıb.  M. Məmmədli videoda liposaksiya (Piy sovurma əməliyyatı) etdiyini bildirib. O, həmin görüntülərə "Əməliyyatımız bitdi, nigaran qalmayın. Uzun müddət kompleks yaşadığım ginekomastiyadan azad olundum, Svetlana doktora təşəkkür. Əməliyyatın bir hissəsin özüm-özümə etdim" şərhini yazıb.

Maraqlıdır, həkimin özünü əməliyyat etməsi praktiki  baxımdan mümkündümü?

Bununla bağlı Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, cərrah-həkim Vaqif Qələndərli  Modern.az-a danışıb:


“Mən o videonu görməmişəm. Amma  bir həkim cüzi bir xal götürə bilər, lakin üzərində hansısa əməliyyat etməsi mümkün deyil. Heç düzgün də deyil.  Yəqin ki, o həkim  diqqət çəkmək üçün belə edib.

Ümumiyyətlə, həkimin özünü əməliyyat etməsi praktiki cəhətdən mümkün görünmür. Ola bilər ki, barmağında xal var və onu götürsün. Necə ki, o vaxt qoca qadınlar  xal olan yeri sapla bağlayırdı və qopub düşürdü, bu da elə. Amma özünü əməliyyat etdirmək tibbi, dünyəvi cəhətdən də doğru  hesab edilmir. Qeyd etdiyim kimi, sosial şəbəkədə müzakirə obyektinə çevrilən məsələ də reklam xatirinə olan şeydir. Belə bir şey ola bilməz. Dünya təcrübəsində də özünü əməliyyat edən həkimə rast gəlməmişəm. Yalnız dediyim kimi, dırnağı batar, ya da xalı olar, onda nəsə edə bilər. Yəni xırda əməliyyatlar”.


Qeyd edək ki, dünyada özünü əməliyyat edən yeganə həkim rusiyalı cərrah Leonid İvanoviç Roqozov olub. O, şiddətli ağrılar, ürək bulantısı və 38 dərəcədən çox qızdırma keçirəndən sonra özünə apendisit diaqnozu qoyub. Roqozov həmin vaxt növbədə olan tək həkim idi və vəziyyətin təhlükəli olduğunu hiss etdiyi üçün öz üzərində 2 saatlıq əməliyyat aparıb.  Özünü əməliyyat edən cərrah bununla tibb tarixinə adını yazıdırıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür