21 mart 2019, Cümə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - Fanatizm və radikalizmə məruz qalanlarla iş aparılacaq - Dini Komitənin sədr müavini ilə MÜSAHİBƏ
Fanatizm və radikalizmə məruz qalanlarla iş aparılacaq - Dini Komitənin sədr müavini ilə MÜSAHİBƏ
23.01.2018, 15:00

Səyavuş Heydərov: “Radikal təsirə məruz qalmış insanlar ətrafında sosioloji, psixoloji, teoloji və hüquqi anlamda reabilitasiya işləri görülməlidir”


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Modern.az saytının suallarını cavablandırıb.

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti arasında dini ekstremizmə qarşı mübarizənin 2018-ci il ərzində  davam etdirilməsi məqsədilə Tədbirlər Planı imzalanıb. Tədbirlər Planına nələr daxildir? Əsasən hansı bölgələrdə bu iş aparılacaq?

- Ötən ildə olduğu kimi, 2018-ci il ərzində də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti arasında dini ekstremizmə qarşı mübarizənin davam etdirilməsi məqsədilə Tədbirlər Planı imzalanıb. Tədbirlər Planında dini ekstremizmə və onu doğuran səbəblərə qarşı birgə mübarizənin aparılması, bu istiqamətdə fəaliyyət göstərən qurumlar arasında koordinasiya işinin gücləndirilməsi məqsədilə respublikanın bütün bölgələri əhatə olunmaqla seminar-müşavirələrin keçirilməsi nəzərdə tutulub. İctimaiyyət nümayəndələrinin, xüsusilə gənclərin cəlb olunacağı bu tədbirlərdə Azərbaycan Respublikasında mövcud dövlət-din münasibətləri, bu sahədəki təhdidlər və tendensiyalar, eləcə də dini ekstremizmin yaranma səbəbləri və ona qarşı mübarizənin hüquqi əsasları, mübarizə taktikası və təcrübəsi barədə geniş fikir mübadiləsinin aparılması planlaşdırılır.

- 2017-ci ildə dini sahədə hansısa problemlər aşkarlanıbmı? 4 qurumun birgə fəaliyyət göstərəcəyi onu deməyə əsas verirmi ki, gələcəkdə hansısa təhlükə baş verə bilər?

- Azərbaycanda dini sahədə stabil mühit mövcuddur və ölkəmiz dini nöqteyi-nəzərdən dünyanın ən sabit ölkələrindən biri hesab olunur. Azərbaycan konfessiyalar və məzhəblərarası münasibətlər baxımından da nümunəvi ölkədir. Lakin təəssüflər olsun ki, bu sabitliyi gözü götürməyən, ölkə xaricindən qaynaqlanan bəzi qüvvələr tərəfindən müəyyən cəhdlər müşahidə edilməkdədir. Dövlət Komitəsinin digər qurumlarla birgə dini radikalizmlə mübarizə sahəsində qarşıya qoyduğu prioritetlər əsasən üç istiqamət – ideoloji, inzibati və iqtisadi dayaqların neytrallaşdırılması üzrə müəyyənləşdirilib və icrası da sistemli şəkildə həyata keçirilir. Komitə tərəfindən əsasən ideoloji, yəni maarifləndirmə işinə önəm verilir.

Cari ildə də plan üzrə nəzərdə tutulmuş tədbirlər dini fanatizm, radikalizm və ekstremizm meyillərinə qarşı preventiv və maarifləndirici mahiyyət daşıyır. Belə ki, dünyada dini zəmində qlobal təhlükəsizlik problemlərinin getdikcə artdığını nəzərə alaraq, bəzi xarici dövlətlərin təsiri altında olan siyasi və dini dairələrin din pərdəsi altında ölkəmizin dini mühitinə müdaxilə cəhdlərinin qarşısının alınması, ən əsası, dindar kontingentin İslam dünyasında gedən mürəkkəb və təhlükəli proseslərdən sığortalanması, o cümlədən radikal dini cərəyanlarla mübarizədə effektivliyin təmin olunması üçün aidiyyəti hüquq-mühafizə, icra və digər dövlət qurumları ilə birgə aparılan kompleks işlərin davam etdirilməsinin zəruriliyi xüsusi əhəmiyyət kəsb edir.

- Müxtəlif istiqamətlər üzrə aparılan işlər nəticə verirmi?

- Əlbəttə. Artıq dini mühitə neqativ təsir göstərən amillər və istiqamətlər üzrə keçirilən birgə tədbirlər öz müsbət nəticəsini verməkdədir. Xüsusilə, 2017-ci ildə ölkə xaricindən qaynaqlanan müəyyən radikal və milli kimliyimizə zidd təbliğat aparan qrupların dini fəaliyyət sahəsində cərəyan edən proseslərə təsir etmək məqsədilə ölkəyə dini ədəbiyyatın idxalına, çapına və yayılmasına xüsusi önəm verdiyi nəzərə alınaraq, ölkədə dini ayrı-seçkilik və qarşıdurma meyillərinin yayılmasına rəvac verilməməsi, dini dözümlülük mühitinə mənfi təsir göstərə biləcək ədavəti, nifrəti, ekstremizmi və radikallığı təbliğ edən dini təyinatlı ədəbiyyatın gətirilməsi və nəşrinin qarşısının alınması məqsədilə müvafiq qabaqlayıcı birgə tədbirlər keçirilib.
Belə ki, ötən il DQİDK-da ümumilikdə 1540 adda dini məzmunlu ədəbiyyatın idxal edilməsi məsələsinə baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 63 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Nəşr olunmaq məqsədilə ekspertizaya təqdim edilmiş 313 adda dini ədəbiyyatın 4-nün çapı məqsədəuyğun sayılmayıb. 613 adda dini təyinatlı ədəbiyyat üçün nəzarət markaları verilib. Hüquq-mühafizə orqanları tərəfindən ekspertiza məqsədilə təqdim edilmiş 2106 adda dini təyinatlı ədəbiyyata baxılaraq, onlardan 99-nun zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal olunduğu müəyyən edilib.

- Azərbaycanda hansı qeyri-ənənəvi dini təriqətlər daha geniş yayılıb? Ümumiyyətlə, qeyri-ənənəvi dini təriqətlərin olması təhlükəlidirmi?

- Azərbaycan Respublikasının Konstitusiyası, eləcə də din sahəsi ilə bağlı digər qanunvericilik bazası etiqadından asılı olmayaraq, vətəndaşların vicdan azadlığının təmin edilməsi və qorunması prinsiplərini təmin edir. Dövlətin din siyasəti də məhz bu qanunvericiliyə uyğun olaraq həyata keçirilir, vətəndaşların əqidə seçiminə hörmətlə yanaşılır və bərabərhüquqlu münasibət göstərilir.

Dini icmaların “ənənəvi” və “qeyri-ənənəvi” formada təsnifatına gəlincə bu ictimai-siyasi, yaxud hüquqi mahiyyət daşımır, bu yalnız tarixi-kulturoloji kontekstdə başa düşülməlidir.

Azərbaycanda dini icmalar şərti olaraq “ənənəvi” və “qeyri-ənənəvi”lərə bölünür. Bu baxımdan tarixən Azərbaycanda İslam dini ilə yanaşı, xristianlığın Rus-pravoslav, Gürcü-pravoslav, Katolik, Alban-Udi, eləcə də yəhudi icmaları mövcud olmuşdur ki, onlar ölkəmiz üçün ənənəvi dini icmalar kimi xarakterizə olunur. Digərləri isə ölkəmizdə nisbətən yeni yarandıqlarına görə qeyri-ənənəvi dini icmalar sayılır. Lakin bəzən cəmiyyətdə yanlış olaraq belə fikir formalaşır ki, guya qeyri-ənənəvi dini icmaların hamısı qəbuledilməzdir, yaxud da fəaliyyətləri destruktiv mahiyyət daşıyır. Belə yanaşma doğru sayılmır. Yenə də o fikri vurğulayırıq ki, dövlətin dini icmalara münasibəti onların ənənəvi və ya qeyri-ənənəvi olmasına görə deyil, mövcud qanunlara əməl edib-etməməsinə görədir. İstər ənənəvi, istər qeyri-ənənəvi olsun, əgər din sahəsi ilə bağlı qanunvericiliyin pozulması faktı aşkarlanarsa bu istiqamətdə hüquqi müstəvidə adekvat addımlar atılacaqdır.

- Azərbaycanda dini mühit sabit olsa da, müəyyən vasitələrlə radikalların təsirinə məruz qalaraq ailələri ilə birlikdə ölkəni tərk edib, xaricdəki qeyri-qanuni hərbi birləşmələrin tərkibinə qoşulanlar da var. Bu istiqamətdə aşkarlanan faktlar üzrə mütəmadi olaraq inzibati tədbirlər həyata keçirilir, əlavə tədbirlərin görülməsi də planlaşdırılırmı?

- Təbii ki, Dövlət Komitəsi bu istiqamətdə aidiyyəti qurumlarla əməkdaşlığını davam etdirir, xüsusilə valideynlərini itirmiş uşaqların ölkəyə yenidən gətirilməsi diqqət mərkəzində saxlanılır. Lakin məsələ təkcə bununla bitmir. Radikal təsirə məruz qalmış insanlar ətrafında sosioloji, psixoloji, teoloji və hüquqi anlamda reabilitasiya işləri görülməlidir. Məhz bu baxımdan qeyd olunan Tədbirlər Planında qarşıya qoyulan istiqamətlərdən biri də fanatizm, radikalizm kimi mənfi təsirlərə məruz qalmış insanların reabilitasiyasının həyata keçirilməsi, onların cəmiyyətə inteqrasiyasının imkanlarını araşdırmaqla bu istiqamətdə birgə tədbirlərin görülməsidir. DQİDK-nın nəzdində yaradılmış “Mənəvi Dəyərlərin Təbliği Fondu”nun imkanlarından da bu istiqamətdə geniş istifadə olunması planlaşdırılır. Belə ki, Fondun nizamnaməsində dini radikalizmdən əziyyət çəkən şəxslərin cəmiyyətə yenidən inteqrasiyası kimi məsələlər öz əksini tapıb.


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycana yaz fəsli gəldi   
21.03.2019, 01:58

Azərbaycana yaz fəsli gəldi  

Bu gün Avropa Çempionatının seçmə mərhələsi başlayır - TƏQVİM  
21.03.2019, 01:45

Bu gün Avropa Çempionatının seçmə mərhələsi başlayır - TƏQVİM  

Millimizin baş məşqçisi: “İstəyirik ki, rəqibə xoş olmayan sürpriz edək”
21.03.2019, 01:36

Millimizin baş məşqçisi: “İstəyirik ki, rəqibə xoş olmayan sürpriz edək”

Göyçayda faciə - gənc bədbəxt hadisənin qurbanı oldu   
21.03.2019, 01:24

Göyçayda faciə - gənc bədbəxt hadisənin qurbanı oldu  

Samuxda ər arvadını bıçaqladı
21.03.2019, 00:11

Samuxda ər arvadını bıçaqladı

Kral əyləncəyə 23 milyard dollar ayırdı
20.03.2019, 23:46

Kral əyləncəyə 23 milyard dollar ayırdı

Vergilər Nazirliyinin “Veysəloğlu”nu cərimələdiyi təsdiqləndi    
20.03.2019, 23:38

Vergilər Nazirliyinin “Veysəloğlu”nu cərimələdiyi təsdiqləndi  

Qazaxıstanın mərkəzi küçələrə Nursultan Nazarbayevin adı verilib
20.03.2019, 23:28

Qazaxıstanın mərkəzi küçələrə Nursultan Nazarbayevin adı verilib

FED baza faiz dərəcəsini dəyişmədi
20.03.2019, 23:10

FED baza faiz dərəcəsini dəyişmədi

Növbəti  Ay tutulması müşahidə edilir
20.03.2019, 22:27

Növbəti  Ay tutulması müşahidə edilir

Türkiyədə terror təşkilatının azərbaycanlı üzvü saxlanıldı
20.03.2019, 22:07

Türkiyədə terror təşkilatının azərbaycanlı üzvü saxlanıldı

Azərbaycan millisinin oyununu bu hakimlər idarə edəcək   
20.03.2019, 21:50

Azərbaycan millisinin oyununu bu hakimlər idarə edəcək  

Rus turistlərdən film kimi cinayət
20.03.2019, 21:29

Rus turistlərdən film kimi cinayət

Avtomobildə 27 yaşlı azərbaycanlı gəncin meyiti tapıldı
20.03.2019, 21:10

Avtomobildə 27 yaşlı azərbaycanlı gəncin meyiti tapıldı

Rusiyadan Azərbaycana gələn turistlərin sayı 2 faiz artıb
20.03.2019, 21:01

Rusiyadan Azərbaycana gələn turistlərin sayı 2 faiz artıb

Heydər Əliyev Fondu sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil etdi - FOTO
20.03.2019, 20:49

Heydər Əliyev Fondu sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil etdi - FOTO

Qubada maşınlar qar uçqunu altında qaldı
20.03.2019, 20:32

Qubada maşınlar qar uçqunu altında qaldı

Azərbaycanın Serbiyadakı səfirliyində bayram tədbiri - FOTO
20.03.2019, 20:18

Azərbaycanın Serbiyadakı səfirliyində bayram tədbiri - FOTO

Zəlzələdə 3 nəfər xəsarət aldı
20.03.2019, 20:03

Zəlzələdə 3 nəfər xəsarət aldı

Milli komandamıza daha iki xorvat məşqçi götürüldü
20.03.2019, 19:45

Milli komandamıza daha iki xorvat məşqçi götürüldü

“Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu” mövzusunda müzakirələr aparılıb
20.03.2019, 18:22

Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu mövzusunda müzakirələr aparılıb

ABŞ Azərbaycanda məhkum olunmuş şəxslərin əfv olunmasını alqışlayıb
20.03.2019, 18:18

ABŞ Azərbaycanda məhkum olunmuş şəxslərin əfv olunmasını alqışlayıb

Türkiyədə zəlzələ oldu, məktəblər bağlandı
20.03.2019, 17:11

Türkiyədə zəlzələ oldu, məktəblər bağlandı

İlham Əliyev Qazaxıstanın yeni prezidentini təbrik etdi
20.03.2019, 16:19

İlham Əliyev Qazaxıstanın yeni prezidentini təbrik etdi

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda əsgərlərə baş çəkdi
20.03.2019, 16:12

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda əsgərlərə baş çəkdi

İlham Əliyev Nursultan Nazarbayevə zəng etdi
20.03.2019, 15:36

İlham Əliyev Nursultan Nazarbayevə zəng etdi

Azərbaycan Avropa ölkələrinə tekstil malları ixrac edəcək
20.03.2019, 15:10

Azərbaycan Avropa ölkələrinə tekstil malları ixrac edəcək

Astananın adı rəsmən dəyişdirildi, Nursultan oldu
20.03.2019, 14:43

Astananın adı rəsmən dəyişdirildi, Nursultan oldu

Fəhləlikdən prezidentliyə yüksələn Nursultan Nazarbayev FOTOLARDA
20.03.2019, 14:24

Fəhləlikdən prezidentliyə yüksələn Nursultan Nazarbayev FOTOLARDA

Tbilisidə taksi sürücüləri etiraz aksiyası keçiriblər
20.03.2019, 14:08

Tbilisidə taksi sürücüləri etiraz aksiyası keçiriblər

DİN: Xızıda sənədləri olmayan diri toyuqlar tutulub
20.03.2019, 14:04

DİN: Xızıda sənədləri olmayan diri toyuqlar tutulub

Dünyanın ən bahalı şəhərləri - SİYAHI   
20.03.2019, 13:28

Dünyanın ən bahalı şəhərləri - SİYAHI  

Nazarbayevin qızı ölkəsində yüksək vəzifəyə seçildi  
20.03.2019, 13:14

Nazarbayevin qızı ölkəsində yüksək vəzifəyə seçildi  

Bakıda ana və qızını maşın vurdu - sürücü saxlanıldı   
20.03.2019, 12:25

Bakıda ana və qızını maşın vurdu - sürücü saxlanıldı  

Sabah hava yağışlı, küləkli olacaq - PROQNOZ   
20.03.2019, 12:22

Sabah hava yağışlı, küləkli olacaq - PROQNOZ  

Türkiyənin “Sultan Novruzu”
20.03.2019, 12:17

Türkiyənin Sultan Novruzu

Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə...
20.03.2019, 12:10

Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə...

Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcək
20.03.2019, 12:03

Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcək

Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi
20.03.2019, 11:59

Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi

ADU-da “Multikultural Novruz bayramı” 
20.03.2019, 11:57

ADU-da “Multikultural Novruz bayramı” 

Balıq, göl qurbağası və zəli ovu üçün kvotalar müəyyənləşib - SİYAHI
20.03.2019, 11:51

Balıq, göl qurbağası və zəli ovu üçün kvotalar müəyyənləşib - SİYAHI

Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı
20.03.2019, 11:47

Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı

Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır
20.03.2019, 11:32

Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır

İlham Əliyev: Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir
20.03.2019, 11:24

İlham Əliyev: Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir

Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı   
20.03.2019, 11:20

Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı  

Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu
20.03.2019, 11:07

Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu

Rusiyanın azərbaycanlı çempionu - FOTOLAR
20.03.2019, 10:56

Rusiyanın azərbaycanlı çempionu - FOTOLAR

“Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək”
20.03.2019, 10:53

“Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək”

Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib
20.03.2019, 10:51

Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib

Evində narkotik bitki yetişdirən şəxs saxlandı
20.03.2019, 10:47

Evində narkotik bitki yetişdirən şəxs saxlandı

ARXİV