Modern.az

Milli Məclisin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil ediləcək - ÜZVLƏR  

Milli Məclisin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil ediləcək - ÜZVLƏR   

23 Yanvar 2018, 15:34

Milli Məclisin fevralın 1-də keçiriləcək iclasında  İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi barədə məsələlər müzakirəyə çıxarılacaq.

Modern.az-ın əldə etdiyi məlumata görə, komissiyaların tərkibində dəyişiklik edilməsi gözlənilmir.


İntizam komissiyasının tərkibinə deputatlar Ağacan Əbiyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə daxildir.

Hesablayıcı komissiyanın tərkibinə isə deputatlar Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva və Mixail Zabelin daxil edilir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı