Modern.az

Prokuror Gözəl Bayramlıya 4 il həbs cəzası istədi

Prokuror Gözəl Bayramlıya 4 il həbs cəzası istədi

23 Yanvar 2018, 15:58

AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlının 4 il azadlıqdan məhrum edilməsi istənilib. Yanvarın 23-də Qazax Rayon Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Modern.az-ın "Azadlıq" radiosuna istinadən verdiyi məlumata görə, dövlət ittihamçısı deyib ki, G.Bayramlının gömrüyə bəyan etmədən 12 min dolları keçirməyə cəhd etməsi məhkəmədə sübuta yetirilib.

G.Bayramlının vəkili Elçin Sadıqov isə əksinə, G.Bayramlıya qarşı ittihamın saxta olduğunu bildirib, onun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Ardından məhkəmədə son sözünü deyən G.Bayramlı haqqındakı cinayət işinin də, verilən ittihamın da saxta olduğunu bildirib. 

Hakim G.Bayramlının son sözünü yarımçıq dayandıraraq, məhkəmə zalını tərk edib. Saat 17:30-da hökmün elan olunacağı gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər