Modern.az

Xəstəxanalarda xəstələrə hansı xörəklər verilməlidir?

Xəstəxanalarda xəstələrə hansı xörəklər verilməlidir?

24 Noyabr 2009, 12:22

MÜALİCƏ MÜƏSSİSƏLƏRİNDƏ XƏSTƏLƏRƏ VERİLMƏLİ OLAN QİDALARIN NORMALARI MODERN.AZ-DA

Hazırda ölkədə bir-birindən fərqli səhiyyə xidməti göstərən 700-dən çox xəstəxana var. Son illər dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin həcmində ciddi artım müşahidə olunsa da, bu sahədə həlli vacib problemlər yetərincədir.  Məsələn, elə götürək xəstələrin qida ilə təminatı məsələsini. Aparılan araşdırmalar göstərib ki, müalicə müəssisələrində bu məsələ ilə bağlı çox ciddi problemlər var. Zərdab rayonundan olan İmran Mirzəyev deyir ki, düz bir ay Respublika Kliniki Xəstəxanasında müalicə olunub. İ.Mirzəyevin sözlərinə görə, maddi imkanı yaxşı olmadığından müalicə olunduğu müddətdə xəstəxanada verilən qidalarla qidalanmaq istəyib, amma yeməklərin keyfiyyətsizliyi xəstəni onlardan imtinaya məcbur edib: “Keyfiyyətsiz bişirilir. Hər gün eyni yeməklər təklif olunur. Onlara baxanda, elə bilirsən türmə yeməyidir. Halbiki, dövlət xəstəxanalarında daha keyfiyyətli və kalorili qidalar təklif olunmalıdır. Bildiyimə görə, dövlət tərəfindən bunun üçün böyük məbləğdə vəsait ayrılır, amma gəlin görək həmin vəsaitdən düzgün istifadə olunurmu?”. Keçmiş xəstənin sözlərinə görə, rayonlardakı xəstəxanalarda təklif olunan yeməklərə baxanda, yenə Bakıdakı səhiyyə ocaqlarına şükür etməli olursan.

 

Qida normaları

 

Qeyd edək ki, Nazirlər Kabinetinin 9 mart 1994-cü il tarixli 103 saylı qərarı ilə xəstəxanalarda müalicə olunun xəstələr üçün qida normaları müəyyənləşdirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, sözügedən qida normativləri bu gün də qüvvədədir.

Xatırladaq ki, hər il büdcədən səhiyyəyə ayrılan vəsaitin bir hissəsi ərzaq məhsullarının alınmasına xərclənir. Lakin həmin vəsaitin təyinatı üzrə düzgün xərclənməsi müəyyən şübhələr doğurur. Çünki dövlət xəstəxanalarında xəstələrin təsdiq olunmuş normativlərə uyğun qidalandırılmaması belə deməyə əsas verir. 

Hazırda bəzi dövlət xəstəxanalarında xəstəxanalara keyfiyyətsiz və kalorisiz xörəklər təklif olunur ki, onlardan da istifadə edənlər çox azdır. Bir sıra dövlət müalicəxanalarında isə xəstələrə ümumiyyətlə isti və ya soyuq yeməklər təklif olunmur. Buna görə də xəstələrin demək olar ki, 80 faiz evdən göndərilən xörəklərlə qidalanmağa məcbur olurlar. Yeri gəlmişkən, əksər xəstəxanalardakı mətbəxlərin vəziyyəti də tələblərə cavab vermir. Rayonlardakı tibb ocaqlarının mətbəxlərində köhnəlmiş, istifadə müddəti çoxdan başa çatmış əşya və avadanlıqlar işlədilir. Mətbəx otaqlarının isə ciddi təmirə ehtiyacə var. Elə Bakıda da bəzi dövlət xəstəxanalarının mətbəxlərinin vəziyyəti ürəkaçan deyil.    Yəqin ki, xəstəxanalar üçün müəyyənləşdirilən qida normasının siyahısından çoxlarının, o cümlədən xəstələrin xəbəri yoxdur. Əgər siyahıda nəzərdə tutulan qida norması xəstələrə verilsəydi, onda heç kim gözünü evdən göndərilən hazır xörəyə dikməzdi. Nazirlər Kabinetinin 103 saylı qərarında xəstəliklərin xüsusiyyətindən asılı olaraq müalicə-profilaktika müəssisələri doğum evləri və uşaq xəstəxanaları üçün isə ayrı-ayrı qida normaları var. Normativlərə baxanda təccüblənməyə bilmirsən. Orada elə qidaların adı qeyd olunub ki, onları nəinki xəstəxanadakı xəstələr, bəlkə də heç mətbəx işçiləri də görmürlər.

Səhiyyə Nazirliyi: “Xəstələrə gündə 3 dəfə keyfiyyətli yeməklər verilir”

Səhiyyə Nazirliyində isə fərqli düşünürlər. Nazirlikdən verilən məlumata görə, hazırda Bakı şəhərindəki bütün dövlət səhiyyə müəssisələri mərkəzləşdirilmiş qaydada qida ilə təmin olunur. Yəni, Səhiyyə Nazirliyinin balansında olan xəstəxanalarda müalicə alan xəstələrə gündə 3 dəfə pulsuz yemək verilir. Bu məqsədlə Bakı şəhərindəki bir çox xəstəxanalarda mərkəzləşdirilmiş qida bloku və mətbəxlərin fəaliyyət göstərdiyi bildirilib.

Səhiyyə naziri Oqtay Şirəliyev də mətbuata açıqlamasında xəstəxanalarda ərzaq təminatı ilə bağlı problemin tədricən həll edildiyini deyib: "Bakı şəhərinin xəstəxanalarında qida məsələsi, demək olar ki, həll edilib. Biz rayon xəstəxanalarından da bunu tələb edəcəyik. Bu işə ürəklə yanaşmaq, nəzarət etmək vacibdir. Xəstəxanada yatan xəstələrin dərmanı, yeməyi olmalı, onlara yüksək səviyyəli tibbi xidmət göstərilməlidir".

Səhiyyə Nazirliyinin məlumatına görə, şəhər 1 saylı Kilinik Xəstəxanasındakı mətbəxdən ərazi üzrə daha 5 səhiyyə müəssisəsinə yemək paylanır. Nazirliyin rəsmiləri deyirlər ki, qida rasionu hər xəstəliyə görə həkim təyinatı ilə müəyyən edilir. Nazirliyin məlumatında bildirilib ki, xəstələrə xüsusi pəhrizlə hazırlanan aş, qarabaşaq, ət yeməkləri, toyuq, balıq qızartması, müxtəlif duru xörəklər, kompot və şirələr, meyvə-tərəvəz verilir. Səhər yeməyinə südlü sıyıq, yağ, peçenye, pendir, yumurta, cem, kəsmik və xama daxildir. Yeməklər hər korpus üzrə xüsusi işçilər tərəfindən mərtəbələrdə fəaliyyət göstərən bufetlərdə, yaxud da xəstələrin vəziyyətinə və istəyinə görə birbaşa palatalara çatdırılır.

Şəhər 1 saylı Kilinik Xəstəxanasında ərzaq anbarında ət və ət məhsullarının saxlanılması üçün 10 tonluq soyuducu kamera quraşdırıldığı bildirilir. Meyvə-tərəvəz və bostan məhsulları, eləcə də digər ərzaqlar da ayrıca bloklarda saxlanılır. Hər halda bu, Səhiyyə Nazirliyinin məlumatıdır. Müşahidələr isə göstərir ki, xəstəxanalarda vəziyyət heç də rəsmi məlumatda deyildiyi kimi deyil. Bunu yolu xəstəxanalardan düşən hər bir xəstə təsdiqləyir.

Modern.az  Nazirlər Kabinetinin 9 mart 1994-cü il tarixli 103 saylı qərarı ilə təsdiqlənmiş qida normalarının cədvəlini əldə edib. Onu oxucularımıza da təqdim edirik. Müalicə-profilaktika müəssisələrində ərzaq normaları

Ərzağın adı

Ərzaqların miqdarı, qramla

 

Xəsəxa-

naların ümumi şöbələri üçün

Onkoloji xəstəxa-nalar üçün

Nevrolo-ji şöbələr üçün

Qastroe-nteroloji şöbələr üçün

Endokrinoloji şöbələr üçün

 

 

 

 

 

 

Çovdar çörəyi

150

150

150

100

200

Buğda çörəyi

200

200

200

250

150

Buğda unu

15

15

5

10

15

Makaron

20

20

20

30

-

Buğda yarması

15

15

20

15

30

Herkules, vələmir

15

20

20

15

20

Manna

15

15

10

20

5

Kartof

400

400

600

515

790

Çuğundur

55

65

100

115

70

Təzə və duzlu kələm

200

100

200

200

350

Baş soğan

20

20

20

15

30

Göy soğan

15

20

15

15

10

Kök

60

160

230

135

240

Duzlu xiyar və pomidor

10

-

-

-

50

Təzə meyvə

100

120

200

150

150

Qurudulmuş meyvə

30

30

30

10

40

Meyvə və tərəvəz şirələri

100

100

100

100

-

Mal əti

125

125

75

150

125

Quş əti

25

25

25

25

25

Kolbasa, sosiska

10

20

-

-

20

Balıq

100

100

100

100

100

Kəsmik

70

90

100

100

150

Pendir

15

15

-

15

20

Yumurta (ədəd)

1

1

1

1,75

1

Qatıq

100

200

200

100

200

Süd

300

200

200

300

300

Kərə və əridilmiş yağ

40

40

60

40

30

Bitki yağı

20

20

40

30

30

Qənd

60

60

60

60

15

Çay

2

2

2

2

2

Duz

6

6

6

6

6

Günay MUSAYEVA Adəm QORXMAZ
Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?