Modern.az

Şeyxin idarəsi qəbir yerlərinin satılmasını, yas mərasimlərindəki israfçılığı pislədi

Şeyxin idarəsi qəbir yerlərinin satılmasını, yas mərasimlərindəki israfçılığı pislədi

13 İyul 2011, 14:16

Qafqaz Müsəlmanları İdarəsində toy və yas mərasimlərinə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə QMİ-nin Qazılar Şurası və Elmi-Dini Şurasının müraciəti səsləndirilib. QMİ sədrinin müavini Hacı Sabir Həsənlinin səsləndirdiyi müraciətdə toy və yas mərasimlərinin təşkili və keçirilməsi zamanı yol verilən israfçılıqdan, qəbiristanlıqlarda məzar yerlərinin satılmasından, dəbdəbəli qəbirüstü abidələrin qoyulmasından bəhs olunub.
“Əksər halda toy və yas mərasimlərinin guya milli adət və dini ənənələrə müvafiq olduğunu iddia edənlər, öz şəxsi mənafeləri naminə dinimizin qayda və qanunlarını təhrif edirlər”-deyə QMİ-nin müraciətində bildirilib.
“Xüsusilə Ramazan ayında iftardan əvvəl məscidlərdə ehsan adı ilə yemək və çay süfrəsi verilməsi qəti qadağandır və haram hesab olunur. Bu mənada, biz Naxçıvan Muxtar Respublikasında son zamanlar yas mərasimlərindəki israfçılıq əleyhinə təşəbbüsləri dəstəkləyirik və ümid edirik ki, başqa bölgələrimizdə də dövlət və din xadimlərinin birgə səyi ilə toy və yas mərasimlərindəki israfçılıq hallarına son qoyulacaq”.

Mərasimdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki,  məscidlərin yaxınlığında yas mərasimləri üçün çadır təklif edən avtomobillərinin dayanması onu narahat edir və bu maşınların yığışdırılması ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. “Çoxları deyir ki, bu maşınlar Şeyxindir. Ona görə də nazirə məktub yazdım ki, tədbir görülsün”-deyə şeyx bildirib.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır