Modern.az

Builki Oskar namizədlərinin adları AÇIQLANDI

Builki Oskar namizədlərinin adları AÇIQLANDI

23 Yanvar 2018, 18:13

ABŞ-ın Los-Anceles şəhərində 2018-ci il "Oskar" kino mükafatları üçün namizədlərin adları açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, "Ən yaxşı film" nominasiyasına "Məni öz adınla çağır", "Qaranlıq saat", "Dünkerk", "Uzaqlaş", "Ledi Börd", "Görünməz sap", "Məxfi dosye", "Suyun forması", "Ebbinqdə üç billbord" filmləri namizəd olub.

“Ən yaxşı rejissor işi” nominasiyasında Kristofer Nolan ("Dünkerk"), Pol Tomas Anderson ("Görünməz sap"), Cordan Pil ("Uzaqlaş"), Gilyermo del Toro ("Suyun forması") və Qreta Gerviq ("Ledi Börd") mükafata namizəd görülüb.

“Ən yaxşı aktyor” nominasiyasında isə Timoti Şalame ("Məni öz adınla çağır"), Qari Oldman ("Qaranlıq saat"), Deniel Dey-Lüis ("Görünməz sap"), Denzel Vaşinqton ("Roman İzrael") və Deniel Kaluuya ("Uzaqlaş") mübarizə aparacaq.

 

“Ən yaxşı aktrisa” nominasiyasında Selli Houkins ("Suyun forması"), Sirşa Ronan ("Ledi Börd", Fransis MakDormand ("Ebbinqdə üç billbord"), Meril Strip ("Məxfi dosye") və Marqo Robbi ("Mən, Tonya") "Oskar"a namizəd görülüb.

“Ən yaxşı xarici film” nominasiyasında isə “Fantastik qadın” (Çili), “Bədən və ruh haqqında” (Macarıstan), “Təhqir” (Livan), “Kvadrat” (İsveç) və “Sevgisiz” (Rusiya) filmləri namizəd görülüb.

 

Bu il bu mükafata "Ən yaxşı qrim və saç düzümü" nominasiyasında isə "Qaranlıq saat", "Viktoriya və Abdul" və "Möcüzə" filmləri namizəd olub.

Qeyd edək ki, bu mötəbər kino mükafatlarının təqdimetmə mərasimi martın 4-də baş tutacaq. "Oskar" 1929-cu ildən təsis edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir