Modern.az

Azərbaycanın QHT sədri Odessadakı beynəlxalq tədbirə gedir

Azərbaycanın QHT sədri Odessadakı beynəlxalq tədbirə gedir

13 İyul 2011, 15:14

“Dünya Gənclər Bankı Şəbəkəsi” MDB ölkələri üzrə regional ofisinin rəhbəri, ARGTMŞ-in sədr müavini Vüsalə Hüseynli iyulun 14-15 də Ukraynanın Odessa şəhərində Avropa Şurasının təşkilatçılığı ilə keçiriləcək “Şərqi Avropa və Qafqazda Gənclər Siyasəti” mövzusunda simpoziuma qatılacaq. Simpoziumda bir çox məsələlərlə yanaşı, qarşıdakı illərdə sözügedən ölkələrin Gənclər Siyasətinin inkişafı ilə bağlı işçi qruplarında müzakirələr aparılacaq.

Bankın ofisindən verilən məlumata görə, səfər çərçivəsində regional ofisin rəhbərinin MDB ölkələrində gənclər siyasətinin inkişafı və bu kontekstdə ölkələrin  Gənclər Təşkilatları Milli Şuralarının fəaliyyəti barədə  Avropa Şurası Nazirlər Komitəsinin sədri Kostyantyn Gryshchenko və Avropa Şurasının Gənclər və İdman Direktorluğunun rəhbəri Ralf Rene Veingaertnerlə ikitərəfli görüşləri də nəzərdə tutulubdur.  

Simpoziumun işində gənclər fəaliyyəti ilə bağlı olan Şərqi Avropa dövlətlərinin müvafiq dövlət qurumlarının, beynəlxalq təşkilatların və qht nümayəndələrinin iştirakı nəzərdə tutulub.  

Sədaqət

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər