Modern.az

Goranboyda minaatan mərmisi tapılıb

Goranboyda minaatan mərmisi tapılıb

23 Yanvar 2018, 18:47

Bu gün Xocalı Rayon İcra Hakimiyyətindən ANAMA-ya Goranboy rayonunun Qaraçinar kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

 
ANAMA-dan Modern.az-averilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu məlumat əsasənda həmin əraziyə göndərilib.
 
Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) aşkar olunub, götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.
 
Əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir