Modern.az

İlham Əliyev Gürcüstanın baş naziri ilə regional məsələləri müzakirə etdi

İlham Əliyev Gürcüstanın baş naziri ilə regional məsələləri müzakirə etdi

Aktual

23 Yanvar 2018, 20:16

Prezident İlham Əliyev  bu gün  Davosda Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb. Modern.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb.

Görüşdə Azərbaycan ilə Gürcüstanın həyata keçirdiyi qlobal layihələrin əhəmiyyətindən danışılıb.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətinə toxunulan görüşdə TANAP layihəsinin uğurla icra olunduğu məmnunluqla qeyd edilib.

Görüşdə enerji resurslarının tranziti sahəsindəki əməkdaşlıq, həmçinin, ticari-iqtisadi əlaqələrin inkişafı məsələlərinə toxunulub. Tərəflər iki ölkə arasında tərəfdaşlığın region üçün vacibliyini qeyd ediblər.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür