Modern.az

Azərbaycan şirkəti Ukraynada yol çəkəcək

Azərbaycan şirkəti Ukraynada yol çəkəcək

23 Yanvar 2018, 20:43

Azərbaycanın “AzVirt” yol-tikinti şirkəti Ukraynada yol və infrastruktur obyektləri inşa etməyi planlaşdırır. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Ekonomiçeskiye izvestiya” nəşri xəbər yayıb.

 

Məlumata görə, “Azvirt” MMC-nin baş direktoru Kamil Əliyev bunu xarici jurnalistlərə müsahibəsində bildirib ki, fəaliyyətlərinin təməlində gördükləri işlərin keyfiyyəti və çox sərt nəzarət sistemi dayanır: “İxtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetiririk. Əməkdaşlarımız peşəkarlıqlarını artırmaq üçün müntəzəm olaraq xarici ölkələrdə treninq keçirlər”.

 

Azərbaycanda həyata keçirilən iri layihələri – Bakı, Gəncə, Lənkəran, Zaqatala və Qəbələdə strateji magistral yollarının, Bakıda Formula 1 üçün trasın tikintisini xatırladan şirkətin rəhbəri deyib: “1999-cu ildə yeni Bakı aerovağzalı üçün estakada inşa edilib, aeroportda kompleks işlər aparılır. Paytaxtın küçə və prospektlərinin əsaslı təmir olunması sahəsində zəngin təcrübəmiz var. 2002-2003-cü illərdə Səngəçal terminalında daxili yollar çəkmişik. 2006-cı ildə “Böyük İpək Yolu” layihəsi çərçivəsində Şəmkir-Qazax yolunun yenidən qurulmasını başa çatdırmışıq. Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuş-enmə zolaqları, perronlar və digər təyyarə meydanları inşa etmişik.

 

Yol tikintisi sahəsində ixtisaslaşan şirkət 2012-ci ildən başlayaraq bir sıra Mərkəzi və Şərqi Avropa ölkələrində yollar inşa etməklə, beynəlxalq səviyyədə fəaliyyətinin coğrafiyasını fəal surətdə genişləndirməyə başlayıb. “AzVirt” Serbiyada drenaj-leysan sistemləri ilə təchiz edilmiş yüksək keyfiyyətli yol çəkib. Bu yol Belqraddan Cənubi Adriatik avtomobil yolunadək uzanan magistral yolun bir hissəsidir. 2016-cı il noyabrın 10-da yolun açılış mərasimində Serbiyanın o vaxtkı baş naziri, indiki Prezidenti Aleksandr Vuçiç iştirak edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir