Modern.az

"Türkiyənin öz təhlükəsizliyini qorumağa haqqı var" – NATO rəsmisi

"Türkiyənin öz təhlükəsizliyini qorumağa haqqı var" – NATO rəsmisi

23 Yanvar 2018, 21:08

"Türkiyənin öz təhlükəsizliyini qorumağa haqqı var. Lakin Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı" əməliyyatı təhdidlərə cavab xarakteri daşımalıdır. Türkiyə öz sərhədlərində terror təhlükəsi ilə ən çox üzləşən ölkədir və daim bununla mübarizə aparır". Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyədə ikigünlük işgüzar səfərdə olan NATO baş katibinin müavini Rouz Getemüller bildirib.

Rouz Getemüller qeyd edib ki, NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla daima əlaqə saxlayaraq əməkdaşlığı müzakirə edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir