Modern.az

İlham Əliyev: “Azərbaycanda bütün azadlıqlar təmin olunur” - Video

İlham Əliyev: “Azərbaycanda bütün azadlıqlar təmin olunur” - Video

Aktual

23 Yanvar 2018, 21:21

"Azərbaycanda bütün azadlıqlar təmin olunur. Bura media azadlığı da aiddir. Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. İnternet heç bir senzura olmadan azaddırsa və əhalinin böyük hissəsi internet istifadəçisidirsə, medianın fəaliyyətinə məhdudiyyətdən danışmaq olmaz". Modern.az azvision.az-a istinadən xəbər verir ki, bunu prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələri zamanı bildirib.

 

İlham Əliyev bildirib ki, insan haqları ilə bağlı Azərbaycan əleyhinə aparılan kampaniyaların reallıqla heç bir əlaqəsi yoxdur: "Hesab edirik ki, bu siyasi zəmindən qaynaqlanır. Bu yanaşmalar Qərbdəki bəzi mərkəzlərin qərəzli münasibətindən doğur. Bəs səbəb nədir? Səbəb çox sadədir: Çünki, Azərbaycan öz milli maraqlarına uyğun, müstəqil siyasət yürüdən ölkədir. Biz ölkəmiz üçün mürəkkəb vəziyyətlər, çətinliklər yarada biləcək macəralara baş qoşmuruq. Bizim daxildə heç bir problemimiz yoxdur, ölkəmizdə iqtisadi-siyasi sabitlik var, üzləşə biləcəyimiz bütün potensial risklər yalnız xaricdən gələ bilər. Azərbaycanı bəzi ölkələrə qarşı kampaniyalara qoşmağa cəhdlər olub, amma biz heç kimin əleyhinə oyunlara qoşulmuruq və maraqlarımza zidd olan, riskli kampaniyalarda iştirak etmirik. Ona görə də, bizə qarşı hücumların əsas səbəblərindən biri bu ola bilər ki, bəziləri Azərbaycan kimi o qədər də böyük olmayan bir ölkənin həddindən artıq müstəqil siyasət yürütdüyünü hesab edirlər. Və bəzi QHT-lər tərtib etdikləri reytinqlərlə bizim reputasiyamıza xələl gətirmək məqsədi güdür, Azərbaycanı qeyri-demokrtik ölkə kimi təqdim etməyə çalışırlar ki, bu da yalandır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı