Modern.az

İlham Əliyev: “Neftin qiymətinin sabitləşdirilməsi üzrə OPEC+ sazişini dəstəkləyirik”

İlham Əliyev: “Neftin qiymətinin sabitləşdirilməsi üzrə OPEC+ sazişini dəstəkləyirik”

23 Yanvar 2018, 21:40

“Rəsmi Bakı OPEK-ə üzv olan və üzv olmayan  (OPEK+) ölkələrin neft hasilatı həcminin azaldılması üzrə sövdələşməsinin müddətinin 2018-ci ildən sonra da uzadılacağına ümid edir. Yaranmış OPEK- OPEK+ formatının davam etdiriləcəyinə ümid edirik. O davam etdirilməlidir. Sövdələşmənin ilin sonunadək uzadılması yaxşı oldu. Lakin mən düşünürəm ki, yenə də uzadılmalıdır”. Modern.az xəbər verir ki, bunu “RİA Novosti”yə prezident İlham Əliyev bildirib.

 

Prezident İlham Əliyev rəsmi Bakının neftin qiymətinin stabilləşdirilməsi üzrə OPEK+ sövdələşməsini dəstəklədiyini xatırladaraq, ölkənin neft hasilatı həcminin azaldılması üzrə öhdəliklərini artıqlaması ilə yerinə yetirdiyini vurğulayıb: “Biz həmişə neft hasilatı həcminin azaldılması üzrə sövdələşməni həmişə dəstəkləmişik və dəstəkləyirik, hasilatın azaldılması üzrə öhdəliklərimizi yerinə yetiririk. Hətta artıqlaması ilə yerinə yetiririk”.

Dövlət başçısı əlavə edib ki, çərşənbə axşamı Davosda OPEC-in baş katibi Məhəmməd Barkindo ilə görüşdüyünü əlavə edib:

"O bizim öz öhdəliklərini yerinə yetirən ölkə kimi rolumuzu yüksək qiymətləndirib və OPEC və qeyri-OPEC-in yaxışlaşmasında mühüm rol oynadığımızı bildirib", - deyə Azərbaycan prezidenti bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır